Ermənistanın keçmiş prezidenti Robert Koçaryan sabiq dövlət başçıları Levon Ter Petrosyana və Serj Sarkisyana hakimiyyətə qarşı var güc ilə mübarizə aparmağı təklif edib.

“Mən birinciyə və üçüncü prezidentlərə (Ter-Petrosyana və Sarkisyana – red.) bu hakimiyyətə qarşı mübarizə aparmağı, hər gün mübarizə aparmağı təklif edirəm və əgər mübarizə aparmaq niyyətindədirlərsə, deməli müvəffəqiyyətə nail olacağıq, bu ümumi müvəffəqiyyət olacaq”, – Koçaryan “Ermənistan” seçki blokunun nümayişində deyib.

Koçaryanın sözlərinə görə, bunun üçün vahid blokun formalaşması vacib deyil və o seçkilərə ayrı ittifaqla getməyə qərar verdi. “Əgər onlar (sabiq prezidentlər – red.) bütün qüvvələri ilə bu mübarizəyə daxil olsalar bunu alqışlayacağıq”, – Koçaryan qeyd edib.