Bloku parlament seçkilərində ikinci olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deputat mandatından imtina edib.

O, bu barədə “Facebook” hesabında yazıb. Koçaryan bildirib ki, mandatını komandasından olan birinə güzəştə gedəcək:

” Bu gün “Ermənistan” alyansının rəsmi nümayəndəsi Aram Vardevanyan mandatdan imtina etməyimlə bağlı ərizəmi Mərkəzi Seçki Komissiyasına təqdim etdi. İndi yerimi komanda üzvlərindən birinə verməyim doğru olardı”.