
Türkiyənin Kocaeli şəhərinin Kandıra rayonunda iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Bu barədə DHA məlumat yayıb.
“Qəza saat 22:00 (Bakı vaxtı ilə 23:00 – red.) radələrində Kandıra rayonunun D-605 magistral yolunda baş verib. Magistral yolda Kefken [məhəlləsi] istiqamətində hərəkət edən <…> kiçik ticari avtomobil qarşı tərəfdən gələn <…> avtomobillə toqquşub. Toqquşmanın təsirindən avtomobillərin aşması nəticəsində sürücülərlə birlikdə 1-i uşaq olmaqla 7 nəfər yaralanıb”, – məlumatda qeyd olunub.