İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşması üçün keçirilmiş seçkilər başa çatıb.

Bu barədə KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.

İctimai Şuraya seçilən üzvlər aşağıdakılardı:

Məmməd Vəliyev Mirzə – “Əlil Sahibkarlar təşkilatı” İB-nin sədri.

Novruzi Fərid Əlibəy oğlu – “Azərbaycan Parəkəndə Geyim İdxalçıları Assosiasiyası” İB-nin İH-nin sədri.

Eminli Tofiq Heydər oğlu – “Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası” – İB-nin İH-nin sədri.

Qaraşov Fərhad Arif oğlu – “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Qəhrəmanov Göydəniz İbrahim oğlu – “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

İsayev Ramiz Mirqasım oğlu – “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” kommersiya hüquqi şəxslərin ittifaqının İH-nin sədri

Allahyarlı Nihad Vüqar oğlu – “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin İH-nin sədri

Aslanov Azər Nüdrət oğlu – “Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Dostiyari Emin Nadir oğlu – “Azərbaycan İçki və Qida Sənayeçiləri Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Hacızadə Kamran Əhməd oğlu – “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Babayeva Səkinə Rəşid qızı – “Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

Abdullayev Məhəmməd İzzət oğlu – “Regional İnkişaf” İctimai Birliyinin İH-nin sədri

Hüseyn Büyükfırat – “Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin İH-nin sədri

Balacanov Elvin Paşa oğlu – “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin İH-nin sədri

İstinadlar Report