İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tacikistanın biznes dairələrinə Azərbaycanda tərəfdaşların tapılmasında köməklik göstərə bilər.

Bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

“Mövcud mexanizmlər çərçivəsində Azərbaycanda biznes fəaliyyəti təşkil etmək istəyən Tacikistanın işğuzar dairələrinə dəstək verməyə hazırıq. Biz onlara daxili bazarın araşdırılmasında, “KOB dostu” şəbəkəsi vasitəsilə biznes tərəfdaşların tapılmasında köməklik göstərə bilərik”, – deyə o qeyd edib.

İstinadlar Report