
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ticarət pavilyonlarının açılması türk dünyasının möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışında bildirib.
“Qardaş türk xalqlarımız inkişaf edir. Ticarət platformaları türk ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayır. Bu pavilyonların açılması əlaqələrin möhkəmlənməsində müsbət rol oynayacaq”, – o bildirib.
O.Məmmədov qeyd edib ki, bu mərkəz TDT ölkələri arasında təkcə iqtisadi deyil, həm də mədəni əlaqələri yaxşılaşdırmağa imkan verəcək.