İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə platformasında bildirib.

“İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə KOBİA-nın Müşahidə Şurasının iclasında fəaliyyətimizə dair məlumat verdik, gələn ilin prioritetlərini müzakirə etdik. Şuranın üzvləri həmçinin Bakı KOB evinin fəaliyyətilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüb”, – məlumatda qeyd olunub.