“Azərbaycan hər il əczaçılıq məhsullarının idxalına orta hesabla 300 milyon ABŞ dolları məbləğində vəsait sərf edib. Əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axınının azalmasına və yeni sərmayələrin cəlb edilməsinə də xidmət edəcək”.

Bunu Beynəlxalq Əczaçı Günü münasibətilə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən Respublika Əczaçılarının III konfransında Agentliyin sədri Orxan Məmmədov deyib.

“Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması ölkənin iqtisadi sənayesinin inkişafı və qeyri-neft sektorunun payının artması baxımından mühüm əhəmiyyət kəsb edir. Hələ də tam olaraq sona çatmayan koronavirus (COVİD-19) pandemiyası tibbi məhsullar ilə özünü-təminetmə məsələsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Azərbaycanda həm pandemiya dövründə, həm ondan əvvəl də istər əczaçılıq sənayesinin, istərsə də tibb sənayesinin inkişafı ilə bağlı əhəmiyyətli işlər görülüb. Əczaçılıq üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkı bu işdə böyük önəm daşıyır. KOBİA dəstək olaraq bir çox sahələrlə yanaşı, tibb sektorunun bəzi yardımçı alt sahələrinin yaradılmasında da müsbət təcrübələrə sahibdir”, – deyə o, qeyd edib.

İstinadlar Report