Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan Françayz Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Imzalanma bu gün Bakıda Azərbaycan Françayz Assosiasiyasının Türkiyə və Azərbaycanda fəaliyyət göstərən tərəfdaşı “Your Personal Consultant”ın təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) tərəfdaşlığı ilə keçirilən “Türk Maliyyə Sektoru Liderlər Zirvəsi” çərçivəsində baş tutub.

Memoranduma əsasən, mikro, kiçik və orta sahibkarlıq mövzusunda beynəlxalq və yerli tədbirlərdə iştirak və bu tipli tədbirlərin ölkə ərazisində təşkili hər iki ictimai birliyin birgə tərəfdaşlığı ilə həyata keçiriləcək.

Tədbirdə tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin, assosiasiyaların baş menecerləri, beynəlxalq maliyyə institutlarının, yerli səfirliklərin nümayəndələri və türk dünyasında tanınmış maliyyə təşkilatları bir araya gəlib.

Zirvə çərçivəsində “açıq bankçılıq”, “bank satış və satış strategiyaları”, “siber güvənlik və güvənlik texnoloji həllər”, “gəlirli xəzinə idarəetməsi”, “sığorta sənayesini formalaşdıran strateji məsələlər”, “RPA tətbiqləri”, “rəqəmsal sığorta və sağlamlıq sığortası” və s. mövzular ətrafında müzakirələr aparılıb.

İstinadlar Report