Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni tərəfindən qurulan xeyriyyə cəmiyyəti suriyalı uşaqlara yardım edəcək.

Cütlük Suriyadakı müharibə səbəbindən evini tərk edib başqa ölkələrə sığınan uşaqlar üçün məktəb tikəcəklərini açıqlayıblar.

İlk mərhədələ Livanda 7 məktəbin tikilməsi planlaşdırılır. Layihə üçün 2 milyon dolların xərclənəcəyi bildirilir.

Qeyd edək ki, Kluni cütlüyünün 2016-cı ildə qurduğu “Ədalət üçün Kluni” xeyriyyə cəmiyyətinin əsas məqsədi dünyanın hər yerində müharibədən zərər görmüş və təhsil haqqı əlindən alınmış uşaqlara yardım etməkdir.

İstinadlar Qafqazinfo