Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən həftə Bakıya etdiyi səfəri ilə bağlı bir neçə məqama toxunub.

Klaar bu barədə öz rəsmi tviter hesabında paylaşım edib. 

Klaar paylaşımında Prezident İlham Əliyevin Avropa İttifaqının vasitəçilik etdiyi formata sadiqliyini vurğulayıb: “Bir sıra çağırışlar qalmaqdadır, gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq”.

Xatırladaq ki, noyabrın 25-i Prezident İlham Əliyev Toivo Klaarı qəbul edib.

İstinadlar Qafqazinfo