Ukrayna Prezident Administrasiyasının əməkdaşı Kiyevdə ölmüş vəziyyətdə aşkar edilib.

Hüquq-mühafizə orqanlarının məlumatında meyitin Ukrayna paytaxtının Şevçenko rayonunda kilsə yaxınlığında tapıldığı bildirilib.

Eyni zamanda hüquq-mühafizə orqanları əməkdaşları dərhal qətldə əli olduğu güman edilən iki nəfəri saxlayıb. Məlumata görə, saxlanılan şəxslər ölüm hadisəsindən az əvvəl mərhumu görüblər. Ölən şəxsin üzərində pul və mobil telefon olmayıb.

Ukrayna KİV mənbələrinə istinadən mərhumun Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatıy olduğunu xəbər verib.

İstinadlar Report