Kiyevin 6 nömrəli prokurorluğunun əməkdaşları Peçer rayon polis idarəsinin müstəntiqləri ilə bərabər Kiyevdə 22 yaşlı Azərbaycan vətəndaşının ölümündə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.

2019-cu il oktyabrın 6-da “102” xidməti vasitəsilə Çiqorin küçəsində yerləşən yaşayış evində mənzillərin birindən pis iy gəlməsi haqda məlumat daxil olub.

Hadisə yerinə “Kiyev xilasetmə xidməti”nin əməkdaşları gedib. Onlar adıçəkilən mənzilin qapısı önündə blokun çıxışına aparan qan izləri aşkarlayıb. Hadisə yerinə operativ-istintaq qrupu çağrılıb.

Mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 22 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıb. İlkin məlumata görə, o, üç gün əvvəl dünyasını dəyişib.

Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri benzilə çalışan mişar, 3 kanistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər aşkarlanıb. Ehtimala görə cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.

Oxumağa dəyər:   Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub

İlkin istintaq tədbirləri, eləcə də videomüşahidə kameralarının görüntüləri və şahid ifadələri əsasında  hüquq-mühafizə orqanları əməkdaşları qətlin 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyini müəyyən ediblər. O, qətlə yetirilən şəxsin tanışı olub.

Cinayətkarın yerinin təyin edilməsinə yönələn axtarış tədbirləri zamanı onun Ukrayna sərhədlərini tərk etdiyi məlum olub. Hazırda onun beynəlxalq axtarışa verilməsi məsələsi həll olunur.

Törətdiyi əmələ görə cinayətkarı 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Məhkəməyəqədərki istintaq davam edir.

İstinadlar Qafqazinfo