Ukraynanın paytaxtı Kiyev şəhərinin Müstəqillik meydanında hazırkı dövlət başçısı, prezident seçkilərində namizədlərdən biri Petro Poroşenkonun tərəfdarları mitinq keçirirlər.

Meydanda hazırda 1500-dək tərəfdar toplaşıb və bu səbəbdən həmin istiqamətdə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.

Qeyd edək ki, bu gün axşam paytaxtdakı Olimpiya stadionunda prezidentliyə namizədlər – Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat baş tutacaq.