Ukrayna müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və “Patriot” HHM kompleksinin analoqu olan öz layihəsi üzərində işləyir.

Bunu Ukrayna strateji sənaye sahələri naziri Herman Smetanin 2024-cü ildə HMK-nın iş nəticələrinə dair konfransda “RBK-Ukrayna”nın müxbirinə bildirib.

Onun sözlərinə görə, bu sistem yalnız ABŞ-dən təchiz edilir və bu gün Rusiya ballistik raketlərini vura bilən yeganə qurğudur.

“Ukrayna ərazisində “Patriot” HHM raket komplekslərinin analoqları hələ yoxdur, ancaq müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik”, –Smetanin deyib.

İstinadlar Report