Ukrayna paytaxtı Kiyevdə ölkənin səhiyyə nazirinin birinci müavini Sergey Dubrova qarşı sui-qəsd hazırlayan kişi və qadın ifşa edilib. Onlar silah almaq istəyərkən saxlanılıblar.

Saxlanılanlar Kiyev vilayətinin sakinləridir. Onlar bir neçə ay ərzində Dubrovun gündəlik rejimini və hərəkətlərini izləyiblər. O cümlədən eyni yaşayış kompleksində mənzil kirayələyib, diqqət cəlb etməmək üçün mütəmadi olaraq nəqliyyat vasitələrini dəyişdiriblər, həmçinin tirdə məşq ediblər.

İstinadlar Report