
Rəsmi Kiyev ABŞ-nin yeni seçilmiş prezidenti, Respublikaçıların lideri Donald Trampı inandırıb ki, Rusiya ilə danışıqlara çox tez başlamaq cəhdi Ukrayna üçün ölümcül ola bilər.
Bu barədə Ukrayna KİV-i yazıb.
Bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəni Trampa izah edib.
Zelenskinin fikrincə, əvvəlcə Rusiya zəiflədilməli, yalnız bundan sonra dialoq başlanmalıdır
“Tramp artıq “24 saat ərzində sülh” haqqında danışmağı dayandırsa da, komandası hələ də 100 gün və ya bir neçə aydan sonra sülh vəd edir. Müharibənin bitmə vaxtını dəqiq müəyyən etmək cəhdləri Kiyevdə narahatlıq yaradır”, – KİV bildirib.