Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşanın Avropa İttifaqında yaşayan və hərbi xidmət üçün yararlı olan ukraynalı qaçqınlara müavinətlərin ödənilməsini dayandırmaq təklifini alqışlayıb.
“Həqiqətən də, Avropa İttifaqında ukraynalıların vətənlərinə qaytarılması üçün proqramların hazırlanması məsələsini gündəmə gətirməyin vaxtı çatıb. Təbii ki, bunun üçün müvafiq şərait yaradılmalıdır, lakin bu, gündəmdə olmalıdır. Mən nazir Sikorskinin ideyasını dəstəkləyirəm”, – deyə Sibiqa bildirib.