Çətin və ağır dövrdə göstərdiyi humanitar dəstəyə və həyata keçirdiyi layihələrə görə paytaxt sakinlərimiz adından Azərbaycan xalqına minnətdarıq. Xüsusilə Kiyevdə həyata keçirilən aktiv “yaşıl missiya”, Azərbaycan tərəfindən atılan nümunəvi addımdır.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Kiyev meriyasının Ətraf mühit üzrə İdarəsinin rəisi Oleksandr Voznıy bildirib.

“Kiyevdə salınmış Heydər Əliyev parkı ən möhtəşəm, ən gözəl parklardan biridir. Onu gözəl edən özündə yaşıl divarları, hedcinqləri və London muzeyində nümayiş etdirilən əfsanəvi xalçanızın formasında hazırlanmış unikal fəvvarəni birləşdirməsidir. Park kiyevlilərə bura gəlib özlərini rahat hiss etməyə, ölkəmizdə baş verən vəziyyətdən ruhən rahatlanmağa imkan verən məkandır”, – Voznıy vurğulayıb.

İstinadlar Report