Kiyev məhkəməsi Ermənistan vətəndaşının 8 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Məlumatı Kiyev şəhər prokurorluğunun mətbuat xidməti yayıb.
Bildirilib ki, 2019-cu ildə Kiyev şəhərinin Şevçenko rayon məhkəməsi Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenko administrasiyasının əməkdaşı Aleksandr Buxtata quldurcasına hücum etdiyi üçün Ermənistan vətəndaşını həbs etmişdi.
Cinayət hadisəsi 2019-cu ilin martında Kiyevdə baş verib. Ermənistan vətəndaşı əlaltıları ilə birlikdə administrasiya əməkdaşının kəllə nahiyəsinə 4 zərbə endiriblər. Nəticədə Aleksandr Buxtat ölüb.