Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib.
Bu barədə “The Telegraph” nəşri yazıb.
Bildirilib ki, döyüş meydanında təşəbbüsü ələ keçirmədən Ukraynanı danışıqlara məcbur etmək fəlakətli nəticələrə gətirib çıxaracaq: “Ukrayna Kremlin öz arzusu ilə yox, zərurətdən danışıqlar aparmalı olduğunu qeyd edir”.
Həmçinin vurğulanıb ki, Trampın müşavirləri yaxın altı ayda Ukraynada müharibənin dayandırılmasında ciddi irəliləyişin olacağını proqnozlaşdırmırlar.