Yaponiya hökuməti müdafiə xərclərinə əlavə vəsait əldə etmək üçün hələlik vergiləri artırmamaq qərarına gəlib ki, bu da yaxın 5 ildə, demək olar ki, iki dəfə artaraq ÜDM-in 2 %-ni təşkil edəcək.

Bildirilib ki, qeyri-müdafiə xərclərinin azaldılmasına üstünlük veriləcək.

Məlumata görə, hakim Liberal Demokrat Partiyasından olan bəzi deputatlar vergi yükünün artırılması ideyasına qarşı çıxıblar, çünki bu, istehlakçılara və biznesə birbaşa zərbə vuracaq.

İstinadlar Report