Rusiya nümayəndələri ilə danışıqlarda ABŞ tərəfdən aparıcı rol Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və dövlət başçısının milli təhlükəsizlik üzrə müşavir Mayk Ultsa həvalə olunacaq.

Bildirilib ki, bununla bağlı ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloqun danışıqlarda hansı rolu oynayacağı sualı yaranır.

Rusiya ilə ABŞ arasında təmaslar son bir həftə ərzində, xüsusən də Münxen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin “dağıdıcı çıxışından” sonra intensivləşib.

İstinadlar Report