Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.

Bu barədə BBC məlumat yayıb.

Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.

O, Rusiyanın Ukraynada itirdiyi ən yüksəkrütbəli pilotdur: “Kanamat Botaşev təqaüdə çıxmazdan əvvəl aviasiya alayının komandiri olub. Belə yüksəkrütbəli zabitin hava döyüşlərində iştirakı həm Moskvanın hərbi pilotlar qarşısında nə qədər çətin vəzifələr qoymasından, həm də yüksək ixtisaslı mütəxəssislərin olmamasından xəbər verir”.

İstinadlar BBC, Report