
Ukraynanın dəstəklənməsi Avropanın ən böyük ölkələrinə növbəti 10 il ərzində əlavə 3,1 trilyon dollara başa gələ bilər.
Bu, “Bloomberg Economics”in qiymətləndirmələrində öz əksini tapıb.
Agentliyin hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələrinin bərpası 10 il ərzində təxminən 175 milyard dollara başa gələ bilər və bu, nizamlanmaya nail olunduğu zaman ordunun hansı vəziyyətdə olacağından asılıdır.
“Bloomberg” yazır ki, vəsaitlərin böyük hissəsi Aİ-yə üzv ölkələrin Silahlı Qüvvələrinin gücləndirilməsinə və ümumi müdafiə büdcəsinin ÜDM-in 3,5 %-nə qədər artırılmasına yönəldiləcək. Artilleriya ehtiyatlarının, hava hücumundan müdafiə və raket sistemlərinin maliyyələşdirilməsinə əlavə vəsait yönəldiləcək. “Bloomberg Economics”in hesablamalarına görə, əgər maliyyələşdirmə borc öhdəlikləri hesabına həyata keçiriləcəksə, növbəti onillikdə NATO-nun üzvü olan beş ən böyük Avropa ölkəsinin daha 2,7 trilyon dollar məbləğində borc vəsaitə ehtiyacı olacaq. “Bloomberg” qeyd edir ki, Avropa yükün böyük hissəsini öz üzərinə götürməyə hazır deyil.