“Ukrayna Silahlı Qüvvələri artıq Xersona yaxınlaşıb və snayper atəşi məsafəsindədirlər”.

Bu barədə “The Economist” nəşri yazıb.

“Xerson uğrunda döyüşlər son dərəcə çətin olacaq. Çünki tərəflərdən heç biri təslim olmaq istəmir. Ukrayna qərbdən və şimaldan əks-hücuma hazırlaşdıqca döyüşlər şiddətlənəcək”, – qəzet yazıb.

Bununla belə, “The Economist”in materialına görə indi baş verənlər hələ tam əks-hücum demək deyil: “Ukrayna ordusunun əsas diqqəti şərqdə rus qoşunlarının davamlı irəliləyişini dayandırmağa yönəlib. Əsgərlər sursat və şəxsi heyətin çatışmazlığından şikayətlənirlər. Lakin Qərb raket sistemlərinin daha çox tədarükü durumu kökündən dəyişə bilər. İndi cənub istiqamətində yalnız bir neçə M777 haubitsa yerləşdirilib”.

İstinadlar Report