
Ukraynanın Ali Radası yaxın vaxtlarda keçiriləcək növbəti plenar iclasda müdafiə naziri Oleksiy Reznikovun istefasına səs verəcək. Onun yerinə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təyin olunacaq.
Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının toplantısında David Araxamiya bildirib.
Məlumata görə, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi, İqor Klimenko isə daxili işlər naziri təyin ediləcək.