
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə qeyri-rəsmi görüş keçirib.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə ABŞ-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci raundundan əvvəl ABŞ-nin mövqeyinə təsir etməyə çalışıblar.