
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İcraiyyə Komitəsi növbəti seçkilərdə iştirak etmək üçün 60 faiz yenilənəcək.
Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, Ərdoğan artıq 2028-ci ilə planlaşdırılan prezident və parlament seçkiləri üçün yeni partiya komandasını toplamağa başlayıb. 2024-cü ilin martında keçirilən bələdiyyə seçkilərindən sonra AKP-nin mövqeyi nəzərəçarpacaq dərəcədə zəifləyib. Hazırda AKP-nin rəhbər heyətləri əyalətlərdə 70 %, kəndlərdə 60 % yenilənir.
Əsas dəyişikliklər İcraiyyə Komitəsinə təsir edəcək. Onun tərkibinin 60 %-nin yenilənməsi gözlənilir. Bu məsələ ilə bağlı yekun qərar AKP-nin fevralda keçiriləcək qurultayında açıqlanacaq.