“Türkiyə NATO-nun Finlandiya və İsveçin hərbi alyansa qoşulmaq tələbini nəzərdən keçirməklə bağlı ilkin qərarını əngəlləyib və iki Skandinaviya ölkəsinin tez bir zamanda NATO-ya qoşulacağına dair ümidləri şübhə altına alıb”.

NATO səfirləri Finlandiya və İsveçin öz ərizələrini təqdim etdikləri gün üzvlük barədə danışıqlara başlamaq üçün bir araya gəliblər. Lakin məsələdən birbaşa xəbəri olan bir mənbənin sözlərinə görə, rəsmi Ankara səsverməni əngəlləyib.

Baş katib Yens Stoltenberq qeyd edib ki, gecikmə NATO-nun Finlandiya və İsveçin təklifinin birinci mərhələsini bir-iki həftə ərzində təsdiq edə biləcəyinə şübhələr yaradır.

O söyləyib ki, Ankaranın addımı ABŞ, Türkiyə, Finlandiya və İsveç arasında bu mövzuda bir neçə gün davam edəcək gərgin diplomatiyaya zəmin yaradır.

NATO-nun mövcud 30 üzvünün hamısı Finlandiya və İsveçin təkliflərini ratifikasiya etməlidir, lakin bu proses yalnız Alyansa qoşulma protokolu qəbul etdikdən və iki ölkəni qoşulmağa rəsmi dəvət etdikdən sonra başlaya bilər.

İstinadlar Report