“Türkiyə ABŞ-dan ölkədə hazırlanan terror aktları ilə bağlı kəşfiyyat məlumatı almayıb”.

“Bəyanatlarında dəqiq ünvan göstərərək mümkün terror aktı barədə məlumat verən bu ölkələrin heç biri Türkiyə təhlükəsizlik orqanları ilə əlaqə saxlamayıb. Kəşfiyyat və təhlükəsizlik mənbələri ABŞ və digər ölkələrdən heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almadığını bildiriblər”, – mənbə vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ səfirliyi vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.

İstinadlar Report