ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff qurumun resurslarını Meksikadakı narkotik kartelləri ilə mübarizəyə yönəltmək niyyətindədir.

“Meksikada və regionda narkotik kartelləri ilə mübarizə Tramp administrasiyasının qeyri-qanuni narkotik alverinin yaratdığı ciddi təhlükə ilə mübarizə kampaniyasının bir hissəsi kimi MKİ üçün prioritetdir. Direktor Retkliff bu çətin vəzifəni yerinə yetirmək üçün MKİ-nin unikal təcrübəsindən istifadə etməkdə qətiyyətlidir”, – MKİ nümayəndəsi bildirib.

Nəşrin mənbələri onu da qeyd edib ki, MKİ Latın Amerikası ölkələrindən olan həmkarları ilə məlumat paylaşmağı və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə cavabdeh olan bölmələr üçün təlim keçirməyi planlaşdırır.

Keçmiş Pentaqon və kəşfiyyat əməkdaşları xəbərdarlıq edirlər ki, bu cür tədbirlər Mexikodan cavab reaksiyasına səbəb olacaq və ABŞ-Meksika münasibətlərinə, o cümlədən narkotiklərlə mübarizə sahəsində əməkdaşlığa zərər verəcək.

İstinadlar Report