
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyası Venesuelada hakimiyyət dəyişikliyinə və Prezident Nikolas Maduronun istefasına nail olmağa çalışacaq.
Trampın müşavirləri qeyd ediblər ki, respublikaçı Venesuelada hərbi əməliyyatlara əl atmadan iqtidar dəyişikliyinə cəhd etməyi nəzərdən keçirir.
Xatırladaq ki, yanvarın 10-da Nikolas Maduro Venesuelada üçüncü prezidentlik müddətinə başlayıb. Ötən il iyulun 28-də keçirilmiş seçkilərdə o, səslərin 51,95 %-ni qazanıb, əsas rəqibi sağçı qüvvələrin nümayəndəsi və keçmiş diplomat Edmundo Qonsales isə 43,18 % səs toplayıb. Lakin Qonsales çoxsaylı pozuntular olduğunu bildirərək seçkilərin nəticələrini tanımaqdan imtina edib və özünü ölkənin qanuni seçilmiş lideri elan edib.