Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bu yaxınlarda ona qarşı edilmiş növbəti, sayca ikinci sui-qəsd cəhdinə baxmayaraq, bu həftəyə planlaşdırılan bütün seçki kampaniyası tədbirlərində iştirak etmək niyyətindədir.

Məlumata görə, Tramp həyatına təhlükə olmasına baxmayaraq, seçki yarışında fəal iştirakını davam etdirərək planlaşdırılan tədbirlərin heç birini ləğv etmək və ya təxirə salmaq fikrində deyil.

Xatırladaq ki, dünən Florida ştatındakı Palm-Biçdə Donald Trampın olduğu “Trump International Golf Club”un yaxınlığında odlu silahdan atəş açılıb. Hadisə ABŞ prezidentliyinə namizədin həyatına növbəti sui-qəsd kimi qiymətləndirilib. Şübhəli 58 yaşlı Rayan Uesli Rut artıq həbs edilib.

Bu gün ABŞ məhkəməsi Rutu odlu silahla bağlı iki maddə üzrə ittiham edib.