
ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-nin Afrikadakı səfirliklərinin fəaliyyətinin azaldılması ilə bağlı sərəncam imzalaya bilər.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata əsasən, sərəncam Dövlət Departamentinin yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.