
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin elə ilk günündə ölkənin cənub sərhədində hərbçilərin yerləşdirilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.
Bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Sərəncama əsasən, ABŞ silahlı qüvvələri sərhəd mühafizəsini təmin etmək üçün göndəriləcək. Qeyd olunur ki, Pentaqona maksimum əməliyyat effektivliyinə nail olmaq üçün hərbi resursları federal hüquq-mühafizə və kəşfiyyat orqanları ilə inteqrasiya etmək tapşırılıb.