
Tayvan hakimiyyəti ABŞ-dən bir neçə milyard dollarlıq silah almağı planlaşdırır.
Agentlik qeyd edir ki, silahların dəyəri 7-10 milyard dollar arasında ola bilər. Mənbələrdən biri bildirib ki, bu satınalma ABŞ-yə Tayvanın müdafiəyə sadiq qaldığını nümayiş etdirmək üçündür.
Bundan əvvəl məlumat verilmişdi ki, Tayvan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın yarımkeçiricilərə rüsum tətbiq etmək hədələri fonunda bu il müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artırmağı planlaşdırır.