“Taliban” hərəkatı Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra liderləri arasında ciddi ixtilaf yaranıb.

Hərəkatın liderləri iki yerə ayrılaraq prezident iqamətgahında mübahisə ediblər. Əsasən hərəkatın banilərindən biri, ABŞ-la müzakirələrin əsas siması, hazırkı hökumətdə baş nazir müavini Əbdülqəni Bəradər ilə “Haqqani şəbəkəsi” qrupunun rəhbərlərindən qaçqınlar naziri Xəlil ər-Rəhman Haqqani arasında ciddi ixtilaf yaranıb. Bununla da yeni hökumətdə kimin daha geniş səlahiyyətlər alacağına dair ciddi fikir ayrılıqları üzə çıxıb.

İstinadlar Report