Suriyada iqtidara gələn müxalifətin ölkədə yeni hökumətin qurulmasını Məhəmməd Bəşirə həvalə edəcəyi gözlənilir.

“Bəşirə keçid mərhələsinə rəhbərlik etmək üçün yeni hökumətin tərkibini formalaşdırmaqla bağlı tapşırıq veriləcəyi gözlənilir”, – məlumatda deyilir.

Qeyd olunur ki, Məhəmməd Bəşir ixtisasca mühəndisdir. 2024-cü ilin yanvarından Suriya müxalifəti onu həmin vaxt nəzarət altında olan ərazilərdə baş nazir təyin edib. Bundan əvvəl isə o, müxalifət idarəetmə orqanında inkişaf və humanitar məsələlər naziri vəzifəsində çalışıb.

İstinadlar Report