Suriyanın mərkəzi hissəsində yerləşən Deyrzor əyalətinin Mayadin rayonunda Rusiyanı hərbi polisi ilə İranın İnqilab Keşikçiləri Qvardiyasının döyüşçüləri arasında atışma baş verib.

Hadisə nəticəsində İranın 2 hərbçisi ölüb, Rusiyanın 4 hərbçisi yaralanıb.

İran və Rusiya hadisə ilə bağlı hələ ki rəsmi açıqlama yayımlayıblar.

Qeyd edək ki, cari ilin yanvarında Rusiyanın dəstəklədiyi “Qaplan qüvvələrinin 5-ci birliyi” ilə Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlığı altında olan silahlılar və İranın dəstəklədiyi “4-cü firka” arasında atışma olmuşdu.

İstinadlar Report