Suriya üsyançıları İordaniya sərhədində yerləşən Dera əyalətinin mərkəzinə və bir sıra kəndlərinə nəzarəti ələ keçiriblər.
Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, üsyançılar həmçinin əyalətdəki bir neçə hərbi obyektə nəzarət edirlər.