
Suriyanın Latakiya əyalətində keçid hökumətinin təhlükəsizlik qüvvələrinin bir üzvü ölüb, ikisi yaralanıb. Onlar pusquya düşüblər.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İctimai Təhlükəsizlik Departamentinin patrulu Əl-Haffa şəhəri yaxınlığında pusquya düşüb.