“Bəşşar Əsəd rejimi Suriyanı qanunsuz narkotik maddə istehsal edib satan narkodövlətə çevirib”.

Bu barədə ABŞ-ın “New York Times” qəzetinin dərc etdiyi məqalədə bildirilib.

Məlumata görə, son illər Yunanıstan, İtaliya, Səudiyyə Ərəbistanı kimi ölkələrdə ələ keçirilən dəyəri 1 milyard dollardan çox olan narkotik tərkibli dərmanların böyük bir qisminin Suriyada istehsal olunduğu müəyyən edilib.

Suriyadakı vətəndaş müharibəsinin 10 ili arxada qalıb. Bəşşar Əsəd rejimi narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətlərinə ixrac edir.

İstinadlar Report