
Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəyə 65 min qeyri-qanuni miqrantın gələ biləcəyi ilə bağlı xəbərlərdən sonra hökumətin Avropa İnsan Haqları Konvensiyasından çıxmaq da daxil olmaqla kəskin tədbirlərə hazır olduğunu bildirib.
Bu barədə ölkənin gündəlik “The Times” qəzeti yazıb.
Məqalədə qeyd edilib ki, Sunak və Britaniyanın xarici işlər naziri Suella Braverman bir neçə həftə ərzində yeni immiqrasiya qanununu təqdim edə bilərlər.
Baş nazir miqrasiya böhranının digər həll yolları işə yaramadığı təqdirdə Britaniyaya konvensiyadan çıxmağa icazə verib.