Sudanın Xartum əyalətinin Omdurman şəhərində bazara endirilən artilleriya zərbəsi nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu barədə ölkədəki tibb əməkdaşları məlumat verib.

Məlumata görə, hadisə nəticəsində 65-dən çox insan xəsarət alıb.

Zərbənin Çevik Reaksiya Qüvvələri (RRF) tərəfindən həyata keçirildiyi iddia edilir.

İstinadlar Report