Böyük Britaniyanın hazırkı Baş naziri Kir Starmerin şəxsi elektron poçtu 2022-ci ildə müxalif İşçi Partiyasının lideri olarkən ələ keçirilib.

Bu barədə “The Times” və “The Sunday Times” qəzetlərinin jurnalistləri Patrik Maquayr və Qabriel Poqrandın “Get In” kitabında deyilir.

Publisistlərin fikrincə, Britaniya kəşfiyyat xidmətləri elektron poçtun sındırılmasının arxasında Rusiya ilə əlaqəsi olan hakerlərin ola biləcəyini güman edirdilər. “The Times”ın sitat gətirdiyi və Leyboristlər Partiyasının müasir strukturundan bəhs edən kitabda qeyd olunur ki, hadisədən sonra Starmer şəxsi e-poçt ünvanını dəyişmək məcburiyyətində qalıb.

İstinadlar Report