
Almaniya kansleri Olaf Şoltsun hökuməti təxminən 39 milyard avro həcmində silah ixracını təsdiqləyib ki, bu da sələfi Angela Merkelin dövründəkindən 65 % çoxdur.
Bu barədə “Deutschlandfunk” radio stansiyası məlumat yayıb.
KİV “Sara Vagenknext İttifaqı – ağıl və ədalət naminə” qrupundan olan Bundestaq deputatı Sevim Dağdelenin sorğusuna Almaniyanın İqtisadiyyat Nazirliyinin cavabını əks etdirən sənədi əldə edib.
2021-ci ilin oktyabrından 2024-cü ilin dekabrınadək təxminən 39 milyard avro həcmində ixrac təsdiqlənib. Əvvəlki qanunvericilik dövründə (2018-2021) bu göstərici 23,6 milyard avro təşkil edib. Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrə silah tədarükü 10,8 milyard avrodan 25,5 milyard avroya qədər əhəmiyyətli dərəcədə artıb. Bu həcmin böyük hissəsi Ukraynanın payına düşüb.