ÇXR Sədri Si Cinpin 2023-cü ilin aprelində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə bildirib ki, ABŞ Çini Tayvana hücuma təhrik edib.

Onların sözlərinə görə, ÇXR Sədri 2023-cü ilin aprelində AK rəhbəri ilə görüşdə rəsmi Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, lakin Çin liderinin ABŞ-nin “tələ”sinə düşmədiyini söyləyib.

Bir mənbənin verdiyi məlumata görə, Si Cinpin eyni xəbərdarlıqları Çin rəsmilərinə bildirib.

ÇXR-in Vaşinqtondakı səfirliyi FT-nin sorğusuna cavab olaraq Çin liderinin açıqlaması barədə məlumatı şərh etməyib, lakin ABŞ-nin Tayvana silah satdığını və adadakı “separatçı qüvvələri” dəstəklədiyini qeyd edib. Ursula fon der Lyayenin nümayəndəsi bildirib ki, AK rəhbəri şəxsi görüşlər barədə məlumatı açıqlamır.

İstinadlar Report