
Seçkilərdə səs verə bilən amerikalıların əksəriyyəti ABŞ Prezidenti Cozef Baydenin Birləşmiş Ştatların cənub sərhədini qanunsuz keçən miqrantlara sığınacaq verilməsini müvəqqəti qadağan etmək qərarını bəyənir.
Bunu “Fox News” telekanalının keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, respondentlərin 57 %-i administrasiyanın bu addımını bəyənir, yalnız 38 %-i qərara qarşı çıxıb. Respondentlərin bir hissəsi Baydendən bəhs etmədən sorğu-sual olunub.