“Rusiya komandanlığı Ukraynaya qarşı müharibədə “elastik müdafiə” taktikasından istifadə edir”.
Bu barədə “New York Times” nəşri yazıb.
Bildirilib ki, Rusiya qoşunları əvvəlcə bilərəkdən mövqeləri əldən verir, sonra isə cavab zərbələri endirirlər. Məqsəd Ukayna qoşunlarının möhkəmlənməsinə mane olmaqdır.
Ekspertlərin sözlərinə görə, bu, uzunmüddətli hərbi taktikadır.
Həmçinin, qeyd olunub ki, Rusiya ordusunun işğal etdiyi əraziləri minalaması da Ukraynanın əks-hücumlarına mane olan əsas məqamlardandır.
Qeyd edək ki, bu taktika yeni deyil. İkinci dünya müharibəsi vaxtı, 1943-cü ildə Sovet İttifaqı Almaniyaya qarşı döyüşlərdə bu taktikadan istifadə etmişdi.